Azərbaycan
Respublikası Milli Məclisinin bəzi
komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması
haqqında
Azərbaycan Respublikası Milli
Məclisinin Qərarı
Azərbaycan
Respublikasının Milli Məclisi “Azərbaycan Respublikası
Milli Məclisinin komitələri haqqında” Azərbaycan
Respublikası Qanununun 7-ci maddəsinin ikinci hissəsini rəhbər
tutaraq qərara alır:
1. Təhlükəsizlik və müdafiə məsələləri komitəsi “Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi”, İqtisadi siyasət komitəsi “İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”, Sosial siyasət komitəsi “Əmək və sosial siyasət komitəsi” adlandırılsın.
2. Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı yeni komitələri yaradılsın:
Səhiyyə komitəsi;
Ailə, qadın və uşaq məsələləri komitəsi;
İctimai birliklər və dini qurumlar komitəsi;
Gənclər və idman komitəsi.
3. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə tapşırılsın ki, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilməsi barədə qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etsin.
Azərbaycan Respublikası Milli
Məclisinin Sədri
O.Əsədov
Bakı şəhəri,
24 noyabr 2015-ci il.
Azərbaycan.- 2015.- 25 noyabr.- S. 5.