Əməkdaşlıq
çərçivəsində yeni layihələr
barədə müzakirələr aparılıb
Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov rəhbərlik etdiyi ali məktəbin tarixindən və fəaliyyətindən söz açıb.
Əhməd Sami əl-Aydi rəhbərlik etdiyi qurumun Azərbaycanda yaranma tarixi, fəaliyyəti, iki ölkə arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Daha sonra
əməkdaşlıq çərçivəsində yeni layihələr barədə müzakirələr
aparılıb.
Azərbaycan.- 2015.- 25 noyabr.- S. 11.