M.B.Əhmədzadənin
Azərbaycan Respublikasının Argentina
Respublikasında və eyni zamanda
Paraqvay Respublikasında, Boliviya
Çoxmillətli Dövlətində, Çili
Respublikasında, Uruqvay Şərq
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 noyabr
2015-ci il
Azərbaycan.- 2015.- 26 noyabr.- S. 1.