T.N.Zülfüqarovun Azərbaycan
Respublikasının Estoniya Respublikasında fövqəladə
və səlahiyyətli səfiri vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Tofiq
Nadir oğlu Zülfüqarov Azərbaycan Respublikasının
Estoniya Respublikasında fövqəladə və səlahiyyətli
səfiri vəzifəsindən geri
çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 noyabr 2015-ci il
Azərbaycan.- 2015.- 26 noyabr.- S. 3.