“Azərbaycan
Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 12, maddə 984; 2007, ¹ 6, maddə 562, ¹ 10, maddə 938, ¹ 12, maddə 1196; 2009, ¹ 6, maddə 404, ¹ 7, maddələr 507, 517; 2010, ¹ 10, maddə 839; 2011, ¹ 7, maddə 612; 2014, ¹ 11, maddə 1371; 2015, ¹ 6, maddə 684) aşağıdakı dəyişikliklər edilsin:
1. aşağıdakı məzmunda 5.0.6-1-ci maddə əlavə edilsin:
“5.0.6-1. ölkənin icmal (dövlət və qeyri-dövlət) xarici borc statistikasını və beynəlxalq investisiya balansını tərtib edir, məlumatların ümumiləşdirilməsini və yayılmasını təmin edir;”.
2. 10.2-ci maddədə “10” rəqəmləri “500” rəqəmləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 oktyabr 2015-ci il
Azərbaycan.- 2015.- 26 noyabr.- S. 2.