“Özəl
tibb fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin
I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Özəl
tibb fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununu “Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə” Azərbaycan Respublikasının 2015-ci il 24
fevral tarixli 1201-IVQD nömrəli Qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Özəl tibb fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3, I kitab, maddə
129; 2001, ¹ 3, maddə 144; 2002, ¹ 5, maddə 240; 2004, ¹ 6, maddə
396; 2007, ¹ 6, maddə 560, ¹ 10, maddə 938; 2009, ¹ 12, maddə
949) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddəyə
aşağıdakı məzmunda dördüncü hissə əlavə
edilsin:
“Tibb fəaliyyəti ilə məşğul
olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti
sahəsində onlara verilmiş xüsusi razılıqda
(lisenziyada) göstərilən işlər və xidmətlərdən
kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin
həyata keçirilməsinə yol verilmir.”.
2. 16-cı maddəyə
aşağıdakı məzmunda dördüncü abzas əlavə
edilsin:
“özəl tibb müəssisəsində
vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış
tibbi yardımın göstərilməsi mümkün
olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən
həmin şəxsi bu yardımı göstərən
dövlət tibb müəssisəsinə və ya şəxsin
istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə
göndərmək;”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 6 oktyabr 2015-ci il
Azərbaycan.-
2015.- 26 noyabr.- S. 2.