Milli Məclisə seçkilər Azərbaycanın demokratik, hüquqisiyasi inkişafında keyfiyyətcə yeni mərhələ açdı

 

Əminəm ki, Milli Məclis ölkəmizin hərtərəfli inkişafına səmərəli şəkildə xidmət edəcəkdir. Bizim bütün planlarımız, bütün təşəbbüslərimiz Milli Məclis tərəfindən dəstəklənəcək və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin ediləcək.

İlham ƏLİYEV

 

Azərbaycan Respublikası Milli Məclisinə noyabrın 1-də keçirilən seçkilər ölkədə demokratiyanın inkişafı və hüquqi dövlət quruculuğu yolunda irəliyə doğru addım oldu. Ölkəmizdə keçirilən hər bir seçki müstəqil dövlətimizin seçki təcrübəsində mühüm irəliləyişlərlə səciyyəvidir. Ötən illərdə keçirilən seçkilər Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsi baxımından böyük uğurlarla yadda qalmış, bu sahədə qazandığımız nailiyyətlər əməkdaşlıq münasibətlərini getdikcə inkişaf etdirdiyimiz aparıcı dövlətlərdə, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında da böyük rəğbətlə qarşılanmışdır.

Seçicilərin yüksək mütəşəkkilliyi ilə müşayiət olunan bu seçkilər, eyni zamanda, ölkənin demokratik inkişafında keyfiyyətcə yeni mərhələ açaraq Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsində mühüm rol oynayacaq. 2015-ci il 1 noyabr tarixində keçirilən seçkilərə dair beynəlxalq təşkilatların verdikləri rəylər də tam təsdiqləyir ki, Azərbaycanda vətəndaşların siyasi şüuruseçki mədəniyyəti kifayət qədər yüksəlmişdir. V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin tamamilə azad, ədalətli və demokratik şəraitdə keçməsi son illər əldə olunmuş inkişaf göstəricilərinin qorunub saxlanılması, habelə ictimai həyatın bütün sahələrini əhatə edən mütərəqqi qanunların qəbulu baxımından müstəsna əhəmiyyətə malikdir. Məsələ bundadır ki, respublikamızın yeni inkişaf mərhələsində olması bir sıra qanunvericilik aktlarının qəbulunu, habelə mövcud qanunlara əlavə və dəyişiklikləri zəruri edir. V çağırış Azərbaycan Respublikası Milli Məclisinin tərkibi deməyə əsas verir ki, parlament qarşıdakı illərdə bu missiyanın öhdəsindən layiqincə gəlməyə qadirdir.

V çağırış Azərbaycan Respublikası Milli Məclisinin birinci iclasında dərin məzmunlu nitq söyləyən dövlət başçısı İlham Əliyev deputatlara gələcək fəaliyyətlərində uğurlar arzuladı, onların qarşıdakı 5 ildə də məhsuldar işləycəklərinə ümidvar olduğunu bildirdi. Cənab İlham Əliyev son parlament seçkilərinin Azərbaycanın demokratik, hüquqisiyasi inkişafında keyfiyyətcə yeni mərhələ açdığını da razılıqla vurğuladı: “Noyabrın 1-də keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə etmişdir. Seçkilər şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilmişdir. Beynəlxalq və yerli müşahidəçilər bunu təsdiq etmişlər. Beş yüzdən çox beynəlxalq, on minlərlə yerli müşahidəçi seçki prosesini və seçkilər gününü izləmiş, müşahidələr aparmışdır. Ümumi fikir belə olmuşdur ki, bu seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə etmişdir. Mən xüsusilə Avropa Şurası Parlament Assambleyasının, MDB-nin və əlbəttə ki, digər beynəlxalq təşkilatların rəyini qeyd etmək istəyirəm. Seçkilərin nəticələrini eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları da təsdiqləyir.

Bir sözlə, bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atmışdır və bir daha sübut etmişdir ki, Azərbaycan demokratiyaya sadiqdir. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar - söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan-din azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur. Bu seçkilərdə, əlbəttə ki, bütün bu azadlıqlar bir daha özünü büruzə vermişdir”.

Milli qanunvericilik sisteminin təkmilləşdirilməsi prosesinə xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyevin təşəbbüsü əsasında son 12 ildə ölkə həyatı üçün son dərəcə vacib əhəmiyyətə malik çoxlu sayda qanun qəbul edilmiş, parlamentin ölkənin ictimai-siyasi həyatında rolu daha da yüksəlmişdir. Bu gün parlamentdə qəbul edilən qanunlar hüquqi bazanı möhkəmləndirməklə yanaşı, Azərbaycan hakimiyyətinin kompleks inkişafa dair həyata keçirdiyi siyasi kursa mühüm töhfə verir. Prezident İlham Əliyev ötən illərdə Milli Məclisin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, xüsusən də maddi-texniki bazasının təkmilləşdirilməsi, Milli Məclis deputatlarının normal şəraiti ilə təmin olunması sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Dövlət başçısının qayğısı ilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası müasir tələblər səviyyəsində əsaslı təmir olunmuş, onun yeni korpusu inşa edilmiş, eksteryeriinteryeri əsaslı şəkildə müasirləşdirilmiş, ətraf ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdı. Nəticədə ulu öndərin yadigarı olan bu möhtəşəm kompleks hazırda paytaxt Bakının ən modern, görkəmli tikililərindən biri kimi şəhərimizin qonaqlarında da yüksək təəssürat doğurur. Deputatların normal fəaliyyətinin təmini istiqamətində mühüm addımlardan birionlara xüsusi köməkçilərin ayrılması oldu.

Son 5 ildə Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülmüşdür. Deputatlar tərəfindən 80-dən çox ölkəyə 700-ə qədər səfər həyata keçirilmiş, 85-dən çox xarici dövlətin və beynəlxalq təşkilatın 850-dək nümayəndə heyəti Milli Məclisdə olmuşdur.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli məsələsində Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün sistemli aparılmışdır. Bütün ikitərəfli və çoxtərəfli görüşlərdə və danışıqlarda müzakirəyə çıxarılan əsas mövzu bu münaqişənin ədalətli şəkildə həll edilməsi olmuşdur. Ümumiyyətlə, Milli Məclis beynəlxalq fəaliyyətində dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə parlament diplomatiyası yolu ilə öz töhfəsini verməyə çalışmışdır. Bu sahədə görülən işlərin müsbət nəticələri də var. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Macarıstan, PanamaHonduras parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətliamın soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, BosniyaHerseqovina, İordaniya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 15 ştatının icraqanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qərar çıxarmışlar.

Xatırladaq ki, IV çağırış Milli Məclisin 116 iclası keçirilmiş, ümumən 1410 akt, o cümlədən 1267 qanun və 143 qərar qəbul edilmişdir. Parlamentdə qanun layihələri hazırlanarkən milli dəyərlərimiz əsas götürülməklə qabaqcıl dünya ölkələrinin təcrübəsindən istifadə edilmişdir. Bu isə qanun yaradıcılığı prosesinin səmərəliliyini artırmağa imkan vermişdir. Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən layihəsi təqdim edilən bir amnistiya aktı qəbul olunmuşdur. Bu amnistiya aktı təqribən 9 min insana şamil edilmişdir.

Azərbaycan dövlətinin xilaskarı və qurucusu kimi əbədiyaşarlıq zirvəsinə yüksəlmiş Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı parlamentarizm ənənələri son illər möhkəmlənmiş, sivil Qərb təcrübəsinin pozitiv elementləri ilə zənginləşmişdir. Bu gün hüquqi, demokratik dövlət quruculuğu prosesındə yaxından iştirak edən Milli Məclis ölkə həyatının müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən mütərəqqi ruhlu qanunlar, qərarlar qəbul edir, ölkəmizin milli maraqları ilə bağlı məsələlərdə daim prinsipial, qətiyyətli mövqe göstərir.

Parlament Heydər Əliyev ideallarına sadiq qalaraq hər bir məsələdə məhz ölkə vətəndaşlarının mənafeyini uca tutur, yeni qanunların insanların maraqlarına maksimum dərəcədə cavab verməsinə çalışır. Prezident İlham Əliyevin uğurlu daxilixarici siyasətinə öz səmərəli fəaliyyəti ilə dəstək verən Azərbaycan Respublikasının Milli Məclisi qarşıdakı müddətdə də ölkənin hərtərəfli inkişafı üçün bütün səy və imkanlarından istifadə edəcək.

Parlament seçkilərinin yekunları göstərdi ki, Azərbaycan xalqı düzgün seçim etməyi bacarır. Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkinmüdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 12 ildə keçdiyi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır.

Son seçkilərin nəticələrinə nəzərən bir daha təsdiqlənmişdir ki, Azərbaycan cəmiyyəti ulu öndərin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. V çağırış Milli Məclisə deputat seçilmiş şəxslər Azərbaycanın inkişafına xidmət edən qanunların qəbulunda bundan sonra da fəallıq və yüksək təşəbbüskarlıq nümayiş etdirəcək, seçicilərinin yüksək etimadını doğruldacaqlar.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2015.- 26 noyabr.- S. 4.