Rəsm sərgisi
təşkil edilib
Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Dövlət Rəssamlıq Akademiyasında “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibətilə rəsm sərgisi təşkil edib.
Tədbir Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında müvafiq sərəncamına uyğun olaraq reallaşdırılıb. Sərginin açılış mərasimində Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Prezident İlham Əliyevin elmə, təhsilə, mədəniyyətə daim böyük önəm verdiyini vurğulayıb.
Bilik Fondunun fəaliyyətindən danışan O.Səmədov dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq qurum tərəfindən silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Eyni zamanda sərgi barədə məlumat verilib. Qeyd olunub
ki, sərgidə respublikanın müxtəlif
bölgələrindən olan
məktəblilərin “Kitabi-Dədə
Qorqud” dastanının
motivləri əsasında
çəkdikləri 120-dək rəsm və əl işləri nümayiş etdirilir.
Gənc rəssamlara Bilik Fondu tərəfindən təşəkkürnamə təqdim
edilib.
Sonra
iştirakçılar sərgi ilə tanış olublar.
Azərbaycan.- 2015.- 26 noyabr.- S. 8.