Latviyalı iş adamları Azərbaycanın sənaye parklarında yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edilib

 

Noyabrın 25-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Latviya Respublikasının iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozolanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə  Azərbaycan və Latviya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, indiyədək ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb. Hazırda Azərbaycanda 30-dan artıq Latviya şirkəti fəaliyyət göstərir.

Sonra İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviya İnvestisiyalar və İnkişaf Agentliyinin təşkilatçılığı ilə Azərbaycan-Latviya biznes forumu keçirilib.

Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, tikinti və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın sahibkar iştirak edib.

Biznes forum iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam etdirilib.

 

Azərbaycan.- 2015.- 26 noyabr.- S. 5.