Azərbaycanla Moldovanın vergilər sahəsində əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib

 

Vergilər naziri Fazil Məmmədov Azərbaycanda səfərdə olan Moldova Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Vergi Müfəttişliyinin rəhbəri İon Prisekaru ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, F.Məmmədov son illər ölkəmizdə bütün sahələrdə ciddi nailiyyətlər əldə olunduğunu, bu uğurların əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasətin dayandığını vurğulayıb.

Görüşdə  Azərbaycan və Moldova respublikaları arasında işgüzar münasibətlərin ildən-ilə inkişaf etdiyini, son illər bu ölkələrin vergi xidmətləri arasında əməkdaşlığın, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib

Görüşdə vergilər sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 26 noyabr.- S. 5.