Azərbaycan və
Gürcüstan fövqəladə
halların qarşısının alınmasında səmərəli
əməkdaşlıq edir
Noyabrın 26-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, FHN-in strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.
Kəmaləddin Heydərov hər iki nazirlik arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.
Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili Azərbaycan FHN-in yaradılmasının 10 illik yubileyi ilə bağlı təbriklərini çatdırıb. Qonaq Azərbaycanın və Gürcüstanın fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında əlaqələrin daha da dərinləşməsi və inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra qonaqlar
FHN-in Böhran Vəziyyətlərində
İdarəetmə Mərkəzinin Böhranların idarə
olunması və Əməliyyat zallarının fəaliyyəti
ilə tanış olublar.
AZƏRTAC
Azərbaycan.- 2015.- 27 noyabr.- S. 5.