Azərbaycan-Fransa təhsil əlaqələri genişlənir

 

Təhsil naziri Mikayıl Cabbarov Fransanın Azərbaycandakı səfiri Oreliya Breşez ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə M.Cabbarov noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisələri ilə əlaqədar səfirə başsağlığı verib.

Səfir O.Breşez Azərbaycan tərəfinin dəstəyindən və tolerantlığa əsaslanan prinsipial mövqeyindən razı qaldığını bildirib.

Təhsil naziri bu il noyabrın 2-dən 4-dək Fransada bu ölkədən olan həmkarı ilə görüşdüyünü, Yuxarı Elzas Universitetində Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılışında iştirak etdiyini xatırladıb. Bakı Fransız Liseyinin fəaliyyətindən və Azərbaycan-Fransız Universitetinin təsis edilməsinə dair danışıqların davam etdirilməsindən razılığını ifadə edən M.Cabbarov təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 27 noyabr.- S. 5.