RAGB fəalları “Global Village” festivalında Azərbaycanı təmsil ediblər

 

Rusiya XİN yanında Diplomatik Akademiyada gənclərin beynəlxalq “Global Village” mədəniyyət festivalı keçirilib. Tədbirdə akademiyanın Azərbaycan klubunun nümayəndələri Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə fəal iştirak ediblər.

Akademiyada təhsil alan müxtəlif millətlərin nümayəndələri, o cümlədən Azərbaycan, Rusiya, Moldova, Özbəkistan, Tacikistan, Qırğızıstan, Çin, Monqolustan digər ölkələrin təmsilçiləri öz ölkələri barədə söhbət açmaq, milli mətbəxin ləziz yeməklərinə bir-birini qonaq etmək üçün bir yerə toplaşıblar.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev festivalın açılışında çıxış edib. O, akademiyanın müəllim tələbələrini salamlayaraq qeyd edib ki, Azərbaycan öz milli dini dözümlülüyü ilə fərqlənir. Diplomat deyib: “Azərbaycan xalqının zəngin dövlətçilik, multikulturalizm tolerantlıq ənənələri var. Ölkəmizdə müxtəlif dinlərin millətlərin nümayəndələri dinc yanaşı yaşayır”. O, dünyada yaranmış gərgin beynəlxalq vəziyyət barədə söhbət açaraq qeyd edib ki, biz yalnız birləşməklə müasir dövrün çağırış təhdidlərinə qarşı dura bilərik.

RAGB idarə heyətinin üzvü Emin Haciyev tədbir iştirakçıların RAGB sədrinin salamlarını çatdıraraq qeyd edib ki, Rusiyanın aparıcı ali məktəblərində təhsil alan istedadlı azərbaycanlı gənclər çoxdur. Onlar RAGB-nin rəhbərliyi ilə müxtəlif beynəlxalq layihələrdə fəal iştirak edirlər.

Diplomatik Akademiyanın tələbələri Azərbaycan klubunun fəalları Fərəh Nəcəfzadə, Tamara Məmmədova, Loğman Məmmədov, Ləman, Aydan Dünya Dadaşova bacıları, Emin Rəhimov, Ramil İsmayılov, Tərlan Həsənov, Elşən Bənnayev başqaları festivalın qonaqlarına Azərbaycan xalqının tarixi, mədəniyyəti ənənələri barədə məlumat veriblər. Qonaqlar Azərbaycan mətbəxinin ləziz xörəklərinin dadına baxıblar. Ölkəmizə həsr edilmiş stenddə suvenirlər, milli geyimlər, məişət əşyaları, video fotomateriallar nümayiş etdirilib.

RAGB-nin nəzarət-təftiş komissiyasının üzvləri İbrahim İbrahimov, Ruslan Eyvazov, Ramin Rəcəbov digər fəallar tədbirdə iştirak ediblər.

Azərbaycanansamblının üzvü Samirə Bayramovanın ifasında gecənin qonaqlarına parlaq bir musiqi nömrəsi təqdim edilib: O, “Sarı gəlinAzərbaycan xalq mahnısının sədaları altında rəqs edib.

 

Fəridə Abdullayeva

AZƏRTAC—ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2015.- 27 noyabr.- S. 8.