Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi ilə Panama Respublikasının
Xarici İşlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələr
haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi ilə Panama
Respublikasının Xarici İşlər Nazirliyi arasında
ikitərəfli məsləhətləşmələr
haqqında 2015-ci il oktyabrın 5-də Panama şəhərində
imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun
müddəalarının həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma
Memorandumunun qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
Panama Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 noyabr
2015-ci il
Azərbaycan.- 2015.- 28 noyabr.- S. 1.