“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 9, maddə 684; 2011, ¹ 2, maddə 70; 2014, ¹ 1, maddə 3) 22.5-ci maddəsində “təhsil müəssisələrində” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2015-ci il

 

Azərbaycan.- 2015.- 28 noyabr.- S. 2.