“Mədəniyyət
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 2, maddə 78) 40.4-cü maddəsinin birinci cümləsində “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” sözləri ilə, ikinci cümləsində “Azərbaycan Milli Elmlər Akademiyasına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr
2015-ci il
Azərbaycan. - 2015.- 28 noyabr.- S. 2.