“Tarix
və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 6, maddə 365; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 11, maddə 1072; 2010, ¹ 3, maddə 168; 2012, ¹ 11, maddə 1057; 2013, ¹ 11, maddə 1313) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin beşinci hissəsində, 5-ci maddənin adında və ikinci hissəsində, 7-ci maddənin ikinci və üçüncü hissələrində, 13-cü maddənin birinci hissəsinin ikinci cümləsində, 25-ci maddənin altıncı hissəsində və 27-ci maddənin ikinci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyasının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın” sözləri ilə əvəz edilsin.
2. 13-cü maddənin birinci hissəsinin birinci cümləsində, 14-cü maddənin birinci hissəsində və 20-ci maddənin ikinci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyasına” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata” sözləri ilə əvəz edilsin.
3. 5-ci maddənin birinci hissəsində, 20-ci maddənin birinci və üçüncü hissələrində, 21-ci maddənin birinci hissəsində “Azərbaycan Milli Elmlər Akademiyası” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
6 oktyabr 2015-ci il
Azərbaycan.- 2015.- 28 noyabr.- S. 2.