Rəsmi qarşılanma mərasimi

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 28-də Minskdə rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Belarusun dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Belarusun dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus Prezidenti Aleksandr Lukaşenkoya təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 29 noyabr.- S. 2.