Azərbaycan-Belarus
sənədləri imzalanıb
Xüsusi müxbirimiz xəbər verir ki, geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti ilə Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko imzaladılar.
“Azərbaycan Respublikası və Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq” haqqında müqaviləni Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko imzaladılar.
“Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq” haqqında Protokolu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Belarus Respublikasının əmək və sosial müdafiə naziri Mariyanna Şotkina imzaladılar.
“Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası, Belarus Respublikası Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında” Sazişi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Belarus Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Qusakov imzaladılar.
X X X
Sonra mükafatlandırma mərasimi
oldu. Belarus Prezidenti Aleksandr
Lukaşenko ölkələrimiz
arasında ticari-iqtisadi əlaqələrin
möhkəmlənməsinə və inkişafına verdikləri
töhfəyə görə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubova və “Gəncə
Avtomobil Zavodu” İstehsalat Birliyinin
Müşahidə Şurasının sədri Xanlar
Fətiyevə Belarus Respublikasının
“Şərəf” ordenini təqdim etdi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 29 noyabr.- S. 3.