İlham Əliyevin uğurlu ekoloji siyasətikitabı çapdan çıxıb

 

İlham Əliyevin uğurlu ekoloji siyasətikitabı işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, kitab Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb. Onun elmi redaktoru ekologiya təbii sərvətlər naziri, professor Hüseyn Bağırovdur.

Məlumdur ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın nadir təbiətinin mühafizəsi məsələlərinə həmişə xüsusi diqqət yetirirdi. Yeni nəşr Ulu Öndərin bu sözləri ilə açılır: “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağacları kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir”.

Heydər Əliyevin Vətənimizin biomüxtəlifliyinin, onun bənzərsiz gözəlliyinin qorunub saxlanılması sahəsində müdrik siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Kitabın birinci səhifəsində dövlətimizin başçısının bu sözləri yer alıb: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri ekoloji vəziyyət, sağlamlıq təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz subütün bunlara biz çox böyük diqqət göstərməliyik”.

Hüseyn Bağırovun kitaba yazdığı ön sözdə deyilir ki, iqtisadiyyatın dinamik inkişafı nəticəsində gəlirlərin artması, onların qeyri-neft sektoruna yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsinə böyük imkanlar açıb. Bir çox ölkələrin maliyyə böhranının çətinliklərini hiss etdikləri bir vaxtda Azərbaycanda infrastruktur layihələri həyata keçirilirdi, ekoloji problemlərin həllinə yönəldilən tədbirlər prioritet elan edilmişdi. Dövlətimizin başçısının sərəncamları ilə ölkəmizdə yeni qoruqlar yaradılıb, daha əvvəl yaradılan qoruqların sahələri genişləndirilib, Xəzərin sahilində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində böyük aparılıb. Əhalinin suyun keyfiyyəti ilə bağlı çətinlik çəkdiyi kəndlərdə sutəmizləyici qurğular quraşdırılıb. Kür çayı boyunca yerləşən kəndlərdə yaşayan 450 mindən çox adam Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən su ilə təmin olunub.

Son illərdə ölkədə yaşıllaşdırma işləri geniş vüsət alıb. Bu tədbirlərdə Ekologiya Təbii Sərvətlər Nazirliyi ilə bərabər, Leyla Əliyevanın başçılıq etdiyi IDEA İctimai Birliyi fəal iştirak edir. Nəşrdə yeni yaşıllıqların miqyasını göstərən məlumatlar verilib. Belə ki, 2008-2014-cü illərdə 4 352 933 ting əkilib, 3 164 hektar ərazidə müasir damcı suvarma sistemi quraşdırılıb.

Kitabda dövlət qoruqlarına, yasaqlıqlarına digər təbiəti mühafizə obyektlərinə geniş yer ayrılıb. Hazırda ölkədə 9 milli park, 11 dövlət qoruğu 24 dövlət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi bütövlükdə ölkənin ümumi ərazisinin 10,3 faizini təşkil edir. Kitabın hər bir qoruğa dair bölməsində ölkəmizin bu nadir guşələrinin flora fauna növlərinin çoxsaylı fotoşəkilləri yer alıb.

24 bölmədən ibarət olan kitabda Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ətraf 7 rayonun təbiəti haqqında məlumatlar verilir, Azərbaycanın təbii sərvətlərini vəhşicəsinə məhv edən təcavüzkarın vurduğu ümumi ziyan göstərilir. İşğal edilmiş ərazilərdə 247 352 hektar meşə sahəsi, o cümlədən nadir ağac növlərinin bitdiyi 13197,5 hektar meşə sahəsi, 152 təbiət abidəsi 5 geoloji obyekt məhv edilib.

Nəşrdə çoxsaylı dövlət ekoloji proqram layihələrinin həyata keçirilməsinin gedişatı haqqında statistik göstəricilər, Azərbaycan Milli Məclisinin ratifikasiya etdiyi beynəlxalq təbiəti mühafizə Konvensiyaları haqqında məlumatlar verilib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 3.