Azərbaycanın təhsil naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

 

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov oktyabrın 8-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Nazir abidənin önünə gül dəstələri düzüb, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Abidəni ziyarət edənlər arasında Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Təhsil Nazirliyinin səfirliyin əməkdaşları da olublar.

 

Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 5.