Nazir Mikayıl Cabbarov Tbilisidə azərbaycanlıların təhsil aldıqları məktəblərdə olub

 

Gürcüstana səfəri çərçivəsində Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov oktyabrın 8-də Tbilisidə azərbaycanlıların təhsil aldıqları orta məktəblərdə olub.

Tbilisidəki 73 saylı orta məktəbin direktoru Salman Pirməmmədov bildirib ki, burada 200-dək azərbaycanlı şagird təhsil alır. SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə vəsaiti hesabına təmir olunan məktəbdə azərbaycanlılarla yanaşı, gürcülər digər millətlərin nümayəndələri təhsil alırlar. Burada şagirdlərin Azərbaycan dilini öyrənmələri normal təhsil almaları üçün hər cür şərait yaradılıb.

Nazir M.Cabbarov sinif otaqlarında yaradılan şəraitlə tanış olub, məktəbdə təhsil alan şagirdlərlə görüşüb. Şagirdlər Azərbaycan, gürcü ingilis dillərində Vətənə, xalqa həsr olunmuş şeirlər söyləyiblər.

Sonra Azərbaycanın təhsil naziri 64 saylı məktəbə gəlib. Məktəbin direktoru Tamara Mamsikaşvili qonaqlara təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, 130 azərbaycanlının təhsil aldığı məktəbdə rus gürcü bölmələri fəaliyyət göstərir.

Nazir məktəbdəki sinif otaqları ilə tanış olub.

Məktəbin nəzdində fəaliyyət göstərənCeyranrəqs qrupunun şagirdləri qonaqlar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib, Azərbaycan gürcü xalq rəqslərini ifa ediblər.

M.Cabbarov hər iki məktəbin şagirdlərinin dərsliklərlə təmin olunmasına yardım göstəriləcəyini bildirib.

Təhsil Nazirliyi adından məktəblərə xatirə hədiyyələri təqdim olunub.

 

Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 5.