Azərbaycan ilə Türkiyə arasında dini sahədə əlaqələr yüksək səviyyədədir

 

Oktyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Türkiyənin keçmiş Dəyanət İşləri başqanı Təyyar Altıkulac ilə görüşüb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Mübariz Qurbanlı qardaş ölkənin nümayəndələri ilə görüşdən məmnun olduğunu deyib. O, ölkəmizin xarici siyasətində Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsinin daim diqqət mərkəzində olduğunu qeyd edib, bütün sahələrdə olduğu kimi, din sahəsində əlaqələrin yüksək səviyyədə davam etdiyini vurğulayıb.

Söhbət zamanı Azərbaycanla din sahəsində münasibətlərin qurulmasında Təyyar Altıkulacın böyük xidmətlərinin olduğu bildirilib.

Görüşdə T.Altıkulac Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərindən, bu əlaqələrin sağlam davamlı inkişafından danışıb. Dövlətimizin başçısının din sahəsində həyata keçirdiyi siyasətin yüksək qiymətləndirildiyini deyən T.Altıkulac Azərbaycanın yüksək səviyyəli tolerantlıq mühiti ilə seçildiyini bildirib. Qonaq bildirib ki, Azərbaycanda insanların milli mənəvi dəyərlərə bağlılığı, ölkəmizdə dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin yüksək səviyyədə olması təqdirəlayiqdir.

Görüşdə, eyni zamanda, dini radikalizm ekstremizmə qarşı mübarizə məqsədilə Türkiyə Azərbaycan mütəxəssislərinin iştirakı ilə birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin din xidmətləri müşaviri Kamil Günəş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da görüşdə iştirak ediblər.

 

Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 5.