ABŞ-ın Vaşinqton Annapolis şəhərlərində Azərbaycana həsr olunan tədbirlər keçirilib

 

ABŞ paytaxtının əsas diplomatik nəşri olan “The Washington Diplomat” qəzeti tərəfindən oktyabrın 6-da Vaşinqtonda Azərbaycana aid seminar keçirilib. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla açıq müsahibə formatında keçirilən tədbirdə Vaşinqtonun siyasi, diplomatik biznes dairələrinin çoxsaylı nümayəndələri iştirak ediblər.

“The Washington Diplomat” qəzetinin bu yeni təşəbbüsünün ilk tədbiri məhz Azərbaycana həsr olunub.

Oktyabrın 7-də isə səfir E.Süleymanov Merilend ştatının paytaxtı olan Annapolis şəhərinin Beynəlxalq Klubunun yüzdən artıq üzvü qarşısında çıxış edib.

Vaşinqtonda keçirilmiş tədbir zamanı qəzetin aparıcı jurnalisti Lari Luksnerin suallarına cavab verən səfir Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin müdrik uzaqgörən siyasəti nəticəsində mühüm inkişaf yolu qət etdiyini bildirib, ölkəmizin nailiyyətlərindən söz açıb. Hər iki tədbirdə diplomat Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti kimi irimiqyaslı layihələrin uğurla həyata keçirilməsinin yalnız Azərbaycanın deyil, regionun digər ölkələrinin inkişafına da töhfə verdiyini vurğulayıb. Ölkəmizin iqtisadi inkişafından bəhs edən səfir Azərbaycanın zəngin neft təbii qaz ehtiyatlarına malik ölkə kimi tanındığını, bununla belə Prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində əsas prioritetlərdən birinin bu ehtiyatların ixracından əldə edilən gəlirlər əsasında qeyri-neft sektorunun inkişaf etdirilməsinin olduğunu bildirib həmin siyasətin uğurla həyata keçirildiyini vurğulayıb. Azərbaycanda ölkəmizin iştirakı ilə regionda böyük infrastruktur layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı s. layihələrin həyata keçirildiyi tədbirlərin iştirakçılarının diqqətinə çatdırılıb.

Eyni zamanda, diplomat Azərbaycanın dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik ölkə kimi tanındığını, burada müsəlman, xristian yəhudilərin əsrlər boyu tolerantlıq dostluq şəraitində yaşadıqlarını söyləyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən səfir Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü onun nəticələri, o cümlədən münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası digər beynəlxalq təşkilatların qəbul etdiyi bir sıra sənədlər barədə geniş məlumat verib. O, münaqişənin həlli barədə suallara cavab verərək bildirib ki, münaqişənin həlli formulası hamıya bəllidir masa üzərindədir. Bu, ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən boşaldılması oradan qovulmuş bir milyon qaçqın məcburi köçkünün öz yurdlarına qayıtmasıdır. Beləliklə, münaqişənin həlli üçün çatışmayan yeganə amil hazırda yalnız Ermənistan rəhbərliyinin, o cümlədən Ermənistan xalqının gələcəyi ölkənin inkişafı naminə onun həll edilməsi üçün siyasi iradəsinin olmamasıdır.

E.Süleymanov noyabrın 1-də ölkəmizdə keçiriləcək parlament seçkiləri barədə danışıb. O bildirib ki, hər bir namizədin seçki kampaniyası üçün müvafiq şərait yaradılıb, o cümlədən ictimai mediada təmənnasız efir vaxtı ayrılıb, həmçinin bu seçkilərin şəffaf demokratik şəraitdə keçirilməsinin təmin edilməsi üçün ölkəmizdə lazımi tədbirlər görülməkdədir. Regionda dünyada baş verən hadisələr barədə suallara cavab verən diplomat qeyri-sabitlik, aqressiv separatçılıq ekstremist hərəkatlar tərəfindən mövcud olan təhlükəni vurğulayıb. Dünyada dəyişən mühitdə ABŞ tərəfindən daha strateji praqmatik yanaşmanın vacibliyini vurğulayan səfir Birləşmiş Ştatların tərəfdaş dövlətlər ilə, o cümlədən Azərbaycanla daha aydın, obyektiv konstruktiv siyasət aparmasının önəmini bildirib. Bu kontekstdə o qeyd edib ki, ikili standartlar səthi yanaşmalar regionun inkişafına mənfi təsir göstərir.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 8.