Şagirdlər Heydər Əliyev Muzeyini ziyarət ediblər

 

18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Naxçıvan şəhər tam orta ümumtəhsil məktəblərinin şagirdlərinin Heydər Əliyev Muzeyinə ziyarəti təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbiri Naxçıvan Şəhər Gənclər İdman İdarəsi Təhsil Şöbəsi birgə təşkil edib.

Tədbiri açan Naxçıvan Şəhər Gənclər İdman İdarəsinin rəisi Xəyal Qurbanov Azərbaycan Respublikasının müstəqillik mübarizəsində misilsiz rolu olan ümummilli lider Heydər Əliyevin həyat siyasi fəaliyyəti haqqında geniş məlumat verib.

Daha sonra Heydər Əliyev Muzeyinin bələdçisi Hicran Bədəlova şagirdlərə muzeyin yaranma tarixindən danışıb onları muzeydə olan eksponantlara tanış edib.

Bildirilib ki, muzey 1999-cu ildə yaradılıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd materiallar, məktub, qərar sərəncamlar, Türkiyə Cümhuriyyəti İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Burada ulu öndərimiz Heydər Əliyevə məxsus şəxsi əşyalar da saxlanılır. Ümumilikdə, muzeydə 4 min 500-dən çox eksponat var.

Qeyd edilib ki, muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən qəzet, jurnal, albom kitablar, videomateriallar toplanıb.

Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 9 oktyabr.- S. 12.