Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib

 

Sentyabrın 30-da Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Nizami Cəfərov 2015-ci ilin yaz sessiyası dövründə görülən işlər barədə məlumat verib. O bildirib ki, sessiya dövründə komitənin üç iclası keçirilib bir sıra qanun layihələri müzakirə edilib. Sessiya dövründə komitədə ayrı-ayrı vətəndaşlardan, habelə idarə, müəssisə təşkilatlardan daxil olmuş 40 təklif, ərizə şikayətə baxılıb. Bu müraciətlərdən 26-sı tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib, 14 müraciət işə alınıb. Hesabat dövründə komitənin sədri tərəfindən 12 vətəndaş qəbul edilib.

Çıxış edən komitə üzvləri ötən müddətdə qurumun gördüyü işləri qənaətbəxş hesab ediblər.

Sonra komitənin 2015-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı təsdiq edilib. Bildirilib ki, sessiya dövründəKinematoqrafiya haqqında”, “Kulinariya mədəniyyəti haqqında digər qanun layihələrinə baxılacaq.

Daha sonraKütləvi informasiya vasitələri haqqındaQanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Qeyd edilib ki, dəyişikliyə görə qanunun 44-cü maddəsinəkütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti nəticələri barədə həqiqətə uyğun olmayan ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdirhissəsi əlavə edilib.

Layihə plenar iclasa tövsiyə olunub.

 

Azərbaycan.- 2015.- 1 oktyabr.- S. 2.