Şərəflə yaşanan alim ömrü

 

Xalqımızın dövlətimizin gələcəyi naminə göstərdiyi əvəzsiz xidmətləri saymaqla qurtarmayan ümummilli lider Heydər Əliyevin XX əsrin 70-80-ci illərində ölkəmizdə gənclərin təhsilinə göstərdiyi qayğı Azərbaycan Tibb Universitetinin yetirmələrinin qarşısında geniş üfüqlər açdı. Belə gənclər arasında ATU-nun daxili xəstəliklər kafedrasının müdiri, əməkdar elm xadimi, professor Tamerlan Əliyevin tələbələrindən olan, çalışqanlığı istedadı ilə diqqəti cəlb edən Rafiq Məmmədhəsənovun adı xüsusi vurğulanmalıdır.

Bu illər ərzində professor ona göstərilən etimadı tam doğrulda bildi. O, ulu öndərin gənclərə göstərdiyi himayədarlıq sayəsində həmin dövrdə Moskvada doktorluq dissertasiyası müdafiə edərək Azərbaycana - vətəninə qayıtdı. Sonrakı fəaliyyətində professor elmi adına layiq görülən alim kafedra müdiri, ATU-nun elmi işlər üzrə prorektoru vəzifələrinə qədər yüksəldi, əməkdar elm xadimi fəxri adına layiq görüldü, ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak edərək Milli Məclisin deputatı kimi seçicilərinin etimadını layiqincə doğrulda bildi.

Rafiq Məmmədhəsənov bu uğur nailiyyətləri əldə etmək üçün çətinliklərlə dolu zəngin şərəfli bir həyat yolu keçdi. Onun dünyaya gəldiyi 1945-ci il sentyabrın 26-sı tarixi ölkənin ağır bir zamanına - İkinci Dünya müharibəsinin yenicə başa çatdığı, mənəvi gərginliklər, maddi çətinliklər dövrünə təsadüf etdi. Orta məktəbi Gədəbəy rayonunda başa çatdıran gənc Rafiq Məmmədhəsənov 1963-cü ildə həkim olmaq arzusunu gerçəkləşdirmək məqsədilə Bakıya gələrək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil oldu. Unudulmaz tələbəlik illəri başa çatdıqdan sonra o, qarşısına qoyduğu məqsədə yetişərək arzusuna çatdı: Hippokrat andı içərək həkim diplomuna layiq görüldü. İnstitutu başa vurduqdan sonra gənc həkim əvvəlcə iki il ölkəmizin sağlamlıq guşələrindən olan Naftalan Mərdəkandakı sanatoriyalarda həkim-terapevt vəzifəsində çalışdı. Praktik həkimlik sənəti ilə yanaşı, tibb təhsilinin tədrisinə elmi axtarışlara meyil göstərən gənc Rafiq 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasının aspirantı oldu. İstedadlı gənc elmi-tədqiqat işlərinə göstərdiyi həvəsi ilə Azərbaycanın görkəmli terapevtlərindən sayılan professor Tamerlan Əziz oğlu Əliyevin kollektivin rəğbətini qazandı. Apardığı elmi-tədqiqat işlərinin nəticələri əsasında R.Məmmədhəsənov 1979-cu ildə Tamerlan müəllimin rəhbərliyi ilə Tbilisi Dövlət Tibb İnstitutunda namizədlik dissertasiyası müdafiə etdi.

Alimin bundan sonrakı həyatı da tamamilə ATİ-nin II müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrası ilə bağlıdır. Belə ki, aspiranturanı başa çatdırdıqdan sonra o, 1977-ci ildə kafedranın assistenti vəzifəsinə seçildi burada həm alim, həm müəllim, həm həkim kimi püxtələşərək, tələbələrin hörmət rəğbətini qazandı. R.Məmmədhəsənov hələ gənclik illərindən kafedranın tədris elmi-tədqiqat işləri ilə yanaşı, institutun ictimai həyatında da fəal iştirak edirdi. Tapşırılan hər bir işi böyük əzmkarlıqla, yüksək səviyyədə yerinə yetirməsi ona olan etibarı etimadı daim artırırdı. Ona görə 1986-cı ildə kafedranın əməkdaşlarından birinin məqsədli doktoranturaya göndərilməsi məsələsi gündəmə gələndə əməkdaşlar Rafiq Məmmədhəsənovun namizədliyinin irəli sürülməsinə yekdilliklə tərəfdar çıxdılar. Daim irəliyə can atan, endokrinologiya elminin sirlərinə, hərtərəfli elmi biliklərə yiyələnməyə səy göstərən alim az keçmədi ki, SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Eksperimental Endokrinologiya Hormonların Kimyası İnstitutunun (indiki Ümumittifaq Endokrinologiya Elmi Mərkəzinin) doktorantı statusunda Moskvaya ezam olundu. Alimin vətəndən xaricdə 5 il ərzində sərf etdiyi həm zehni, həm fiziki əmək nəhayət ki, gözlənilən bəhrəsini verdi: o, 1990-cı ildə endokrinologiyanın ən aktual problemlərindən birinə həsr etdiyi doktorluq dissertasiyası işini uğurla başa çatdırdı orada tibbin bu sahəsi üzrə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə professor elmi adına layiq görüldü. Elə həmin il (1990-cı il) o, fəaliyyət göstərdiyi kafedranın müdiri vəzifəsinə seçildi.

Azərbaycan Tibb Universitetində fəaliyyətə başladığı dövrdən özünü yüksək ixtisaslı alim, pedaqoq həkim kimi göstərən R.Məmmədhəsənov ATU-nun IV kurs tələbələrinə endokrinologiya daxili xəstəliklərdən maraqla qarşılanan mühazirələr oxuyur, təcrübi məşğələlər aparır.

O, uzun müddət kafedranın yerləşdiyi Bakı şəhər Fuad Əfəndiyev adına 4 nömrəli kliniki şəhər xəstəxanasının bazasında, həmçinin Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasında mütəxəssislərə müraciət edən terapevtik endokrinoloji xəstələrə baxışlar keçirir, onlara lazımi yardımlar edir.

Professor 1993-2013-cü illərdə - 20 il müddətində ATU-nun elmi işlər üzrə prorektoru olub, 2013-cü ildən isə ATU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışır. O, həmçinin 1993-cü ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqu vəzifəsini yerinə yetirir.

Professor tələbələrə, gənclərə daim xüsusi qayğı ilə yanaşır, onların elmi-tədqiqat işləri aparmalarına diqqət yetirir. 20 il ərzində ənənəvi olaraq ATU-da aparılan tələbə elmi cəmiyyətinin konfransları Rafiq müəllimin təşkilatçılığı sədrliyi ilə həyata keçirilib. Belə konfranslarda ilk elmi addımlarını atan gənclərin əksəriyyəti hazırda ATU-nun müxtəlif kafedralarında mütəxəssis kimi elmi pedaqoji fəaliyyətlərini davam etdirirlər.

265-dən çox elmi əsərin, onlarca elmi məqalələrin, monoqrafiya, dərslik, metodiki göstəriş səmərələşdirici təkliflərin müəllifidir.

Alim 2000-ci ildəƏməkdar elm xadimifəxri adına, 2010-cu ildəTərəqqimedalına layiq görülüb.

2003-cü ildəŞəkərli diabet xəstələrinə dövlət qayğısıproqramının hazırlanması üzrə işçi qrupuna rəhbərlik edib. Ölkə prezidentinin sərəncamı ilə həmin proqram 2004-cü ildən etibarən icra olunur. Alim həmçinin zəmanəmizin ən aktual problemlərindən olanYod çatışmazlığıproqramının hazırlanmasında bu proqramın qəbul edilməsində fəal iştirak edib.

Professorun rəhbərliyi məsləhətçiliyi ilə 32 nəfər dissertasiya müdafiə edib. Onlardan 27-si elmlər namizədi, 5-i elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.

Rafiq Məmmədhəsənov həm Azərbaycanda, həm onun hüdudlarından kənarda - ABŞ, Türkiyə, Fransa, Almaniya, Belçika, İsrail, Avstriya, Kipr MDB ölkələrində keçirilən konfrans konqreslərdə, qurultay simpoziumlarda elmi məruzələrlə çıxışlar edib, əldə etdiyi elmi nəticələri həmin elmi forumların materialları toplularında çap etdirib.

2006 2010-cu illərdə Azərbaycan Respublikasının III IV çağırışlarında Milli Məclisin deputatı seçilib bu sahədə özünün millət sevgisini, dövlətə sədaqət prinsipində yaşama meyarlarını büruzə verib. Bu prinsiplərə daim sadiq qalaraq o, Gədəbəy Tovuz seçiciləri ilə vaxtaşırı görüşlər keçirir, onların təklif ehtiyacları ilə yaxından tanış olur, sosial digər məsələlərin həllində real işlər görür.

Professor Rafiq Məmmədhəsənov 2005-ci ildən etibarənAzərbaycan Tibb Jurnalı”nın baş redaktoru kimi ölkəmizin tibb elminin təbliğində, onun müasirlik baxımından inkişaf təşəkkül tapmasında mühüm xidmətlər göstərir.

Azərbaycan aliminin Avropa Diabet Assosiasiyasının (EASD), Ümumdünya Diabet Federasiyasının üzvü olması onun beynəlxalq əlaqələrinin genişliyinin təzahürlərindəndir.

Yeni Azərbaycan Partiyasının tədbirlərinin fəal iştirakşılarından, ulu öndərə müraciət edən “91-lər”dən olan professor Rafiq Məmmədhəsənov Milli Məclisin komitələrində təhsil, elm səhiyyə məsələlərinə aid qanunların qəbulunda prinsipial mövqe tutaraq, ciddi ağıllı təklifləri ilə seçilir. Bütün bu işlərin həyata keçirilməsinə 70 illik şərəfli ömür sərf edən alim, ömrünün müdriklik çağını yüksək həyat enerjisi ilə, dinamik fəaliyyətlə, barlı-bəhrəli nailiyyətlərlə qarşılayır. Bu münasibətlə professor Rafiq Məmmədhəsənovu təbrik edir, ona uzun ömür, cansağlığı diləyir, gələcək işlərində yeni nailiyyətlər arzulayırıq.

 

Gülər FƏTƏLİYEVA,

ATU-nun III daxili xəstəliklər kafedrasının dosenti

 

Azərbaycan.- 2015.- 1 oktyabr.- S. 11.