Müasir İncəsənət Muzeyində Niyaz Nəcəfovun “HET” adlı rəsm sərgisi açılıb

 

Sentyabrın 1-də Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam Niyaz Nəcəfovun “HET” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova çıxış edərək rəssamın yaradıcılığını yüksək qiymətləndirib ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə nümayiş olunan sənət əsərlərinin rəngkarlıq rəsm arasında olan əlaqəsi, ənənəvi rəngkarlıq yüngül karikatura texnikasının epik kombinasiyası rəssamın stilinin əsas xüsusiyyətlərindəndir.

Qeyd edək ki, Niyaz Nəcəfovun əsərləri Bakının aparıcı qalereyalarında nümayiş etdirilir. 2009-cu ildəVenesiya Biennalesi”ndə Azərbaycanı təmsil edən rəssamlardan olan fırça ustasının iki əsəri tanınmış kolleksiyaçı Albert Sandretti tərəfindən satın alınıb. Son on il ərzində Niyaz Nəcəfov Azərbaycan incəsənətində öz karyerasının zirvəsini fəth etməklə yanaşı, əsərləri Rusiya, ABŞ, Almaniya, Danimarka da daxil olmaqla bir sıra xarici ölkələrdə nümayiş etdirilib. Həmçinin onun əsərləri Azərbaycanda onun hüdudlarından kənarda bir çox tanınmış muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.

Niyaz Nəcəfovun əsərlərindəki təsvirlər nikbinlikdən kənar olmalarına baxmayaraq, mövzusundan asılı olmayaraq, qeyri-adi şəkildə insanın diqqətini çəkir. Rəssamın bəzi əsərlərini yalnız karikatura kimi qiymətləndirmək olar. Bəzən onun  yaratdığı  əsərlər ifadəli satira, bəzən isə gizli yumordur.

Rəssam daima yeni stilistik həllər axtarışındadır. Gecələri yatmır, işləyir. Bu gərginlik onun əsərlərində hiss olunur. Onun emalatxanasında çoxlu sayda eskizlər vardır ki, bitmiş iri ölçülü əsərlər qədər maraqlıdır. Niyaz əsərlərində məzmunu kifayət qədər dəqiq əks etdirir. Onun müşahidəsiamansız”dır, heç bir detal gözdən qaçmır.

Demək olar ki, rəssam yaşananlar haqqında əsər yaradır. Ümumbəşəri mövzular şəxsi həyat arasında yaratdığı bu paralel sənətkarın yaradıcılığını xarakterizə edir. O çoxşaxəli, həyatla, təcrübə ilə ilhamlanmış, parlaq rəng bu cür sadəlövhlük ilə müşahidə olunur. Lakin bu incəsənətin fonu dərinliyi tutqun olaraq qalır qorxu, ağrı tənhalıq ilə qeyd olunur. Onun kimliyini, onun yaradıcılığını təyin etmək yaxud da ifadə etmək elə vacib deyil. Sadəcə olaraq, Niyaz Nəcəfovun simasında  həqiqətən   Azərbaycan müasir incəsənətinə özünəməxsus yenilik əlavə edən rəssamı görmək lazımdır.

Böyük maraqla qarşılanan sərgi oktyabrın 20-dək davam edəcək.

 

Azərbaycan.- 2015.- 1 oktyabr.- S. 12.