Azərbaycan Prezidenti İlham Əliyev İsrailin sabiq Prezidenti Şimon Peresi qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peresi qəbul edib.

Görüşdə Prezident İlham Əliyev ilə Şimon Peresin bundan əvvəl Bakıda Davosda keçirilən görüşləri məmnunluqla xatırlandı.

İsrail Dövlətinin sabiq Prezidenti ölkəmizə budəfəki səfəri zamanı paytaxt Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu dedi.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında iqtisadi humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 2 oktyabr.- S. 1.