“Azərbaycan Respublikasında
yaradılmış milli
parkların əsasnamələrinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanını “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1224-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasında yaradılmış milli parkların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004,
№ 8, maddələr 614, 625; 2005, № 8, maddə 715; 2007, № 11, maddə 1110; 2008, № 6, maddə 500; 2010, № 2, maddə 86; 2014, № 12, maddə 1558) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin fərmanla təsdiq edilmiş “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı haqqında Əsasnamə”nin 3.3-cü bəndində “idman, həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin.
2. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Şirvan Milli Parkı haqqında Əsasnamə”nin 3.3-cü bəndində “idman, həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin.
3. Həmin fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Ağgöl Milli Parkı haqqında Əsasnamə”nin 3.3-cü bəndində “idman, həvəskar balıq ovu” sözləri “balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 sentyabr 2015-ci il
Azərbaycan.- 2015.- 2 oktyabr.- S. 1.