Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 307
№
307 Bakı şəhəri,
18 sentyabr 2015-ci il
“Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 4-1-ci hissəsində “dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatdıqda” sözləri “pensiya yaşına çatdıqda” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 2 oktyabr.- S. 1.