Qaçqın məcburi köçkün probleminin həll edilməməsi bütün region üçün ciddi təhlükə mənbəyidir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-YorkdaYeni inkişaf gündəliyi çərçivəsində miqrasiya qaçqınların yerdəyişməsi üzrə əməkdaşlığın gücləndirilməsimövzusunda yüksək səviyyəli paralel tədbirdə çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, E.Məmmədyarov bildirib ki, son illərdə münaqişə zonalarının coğrafi sahəsinin bütün dünya üzrə genişlənməsi həyatını itirənlərin öz evlərini tərk etmək məcburiyyətində qalanların sayının sürətlə artmasına səbəb olub. Müharibələr nəticəsində dağıdılmış Yaxın Şərq Şimali Afrika regionundan presedenti olmayan kütləvi miqrasiya halları Avropa istiqamətində yol boyunca qadınlar uşaqlar daxil olmaqla günahsız insanların ölüm səhnələri sarsıdıcıdır. Biz beynəlxalq ictimaiyyətin hər şeydən əvvəl yeni silahlı münaqişələrin yaranmasına imkan verməməyinə eyni zamanda, mövcud münaqişələrin, xüsusilə dövlətlərin suverenliyi ərazi bütövlüyü prinsiplərinə əsaslanaraq beynəlxalq hüququn ümumi qəbul edilmiş norma prinsipləri əsasında effektiv şəkildə həll yolları axtarmalı olmasına inanırıq. Zərər çəkmiş insanların problemlərinin həll edilməsində dövlətlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq təşkilatlar, müvafiq BMT mexanizmləri arasında əməkdaşlığın gücləndirilməsi əhəmiyyətlidir.

Nazir qeyd edib ki, faktiki olaraq qaçqınlar məcburi köçkünlər probleminin həll edilə bilməməsi yalnız Cənubi Mərkəzi Avropa ölkələri üçün deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Biz, həmçinin bəzi siyasi liderlərin zərərçəkmiş miqrantlardan öz məkrli maraqları üçün istifadə etmə cəhdlərinə diqqət yetirməliyik. Bu xüsusda, işğal edilmiş Azərbaycan torpaqlarında Ermənistan rəhbərliyi tərəfindən Suriyadan olan erməni əsilli miqrantların məskunlaşdırılması yolverilməzdir beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasına sübutdur.

Nazir deyib: “İyirmi beş il boyunca qaçqın məcburi köçkün problemindən əziyyət çəkən bir ölkə kimi Azərbaycanın bu sahədə təcrübəsini sizinlə bölüşmək istərdim. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu onun ətrafındakı yeddi rayonundan olan qaçqın məcburi köçkünlərin sayı təqribən bir milyondur. 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük yükə sahibdir. Azərbaycan hökuməti ötən illər ərzində əhalinin bu hissəsinin ümumi həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli resurslar ayırıb. Bu, ilk növbədə daha yaxşı mənzil şəraiti məcburi köçkünlər arasında yoxsulluğun dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılması ilə nəticələnib. 2007-ci ildə ölkədə sonuncu məcburi köçkün düşərgəsi (ümumilikdə 12 düşərgə) ləğv edilib. Bizim məcburi köçkünlərin sosial, təhsil, tibb iqtisadi dayanıqlılığının gücləndirilməsi istiqamətindəki nailiyyətlərimiz Azərbaycana səfəri zamanı Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Villiam Svinq tərəfindən qeyd edilib alqışlanıb. Hökumət tərəfindən görülmüş irimiqyaslı işlərə baxmayaraq, məcburi köçkün probleminin tam həllinə nail olunması çox çətindir. Dörd yüz min məcburi köçkün hələ köhnə narahat evlərdə çətin şəraitdə yaşamaqda davam edir”.

Xarici siyasət idarəsinin rəhbəri bildirib ki, məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin həllini tələb edir. Azərbaycanın bu məsələdə mövqeyi kifayət qədər aydındır: bütün Azərbaycan əraziləri işğaldan azad edilməli məcburi köçkünlərin öz evlərinə qayıtmaq mülkiyyət hüququ təmin edilməlidir. Azərbaycan hökuməti tərəfindən hazırlanmışBöyük qayıdışadlı müfəssəl proqram Ermənistan işğalçı qüvvələrinin zəbt edilmiş Azərbaycan torpaqlarından çıxarılmasından dərhal sonra məcburi köçkünlərin öz evlərinə qayıtma mülkiyyətlərindən istifadə hüquqlarının reallaşdırılmasını nəzərdə tutur. Qayıtmaq hüququnun təmin edilməsi etnik təmizləmədən qəti şəkildə imtina edilməsini təşkil edir. Həmçinin öz evlərindən torpaqlarından məcburi köçkün düşmüş şəxslər üçün əhəmiyyətli ədalət tədbirlərinin təklif edilməsi ilə gələcəkdə mümkün gərginlik münaqişələrin qarşısını alır. Fərdi hüquq azadlıqların pozulması bu pozuntunu törədən şəxsin xeyrinə onun əvvəlcədən işləyib hazırladığı məqsədə gətirib çıxarmamalıdır.

 

Azərbaycan.- 2015.- 2 oktyabr.- S. 4.