İsraillə rabitə yüksək texnologiyalar sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

 

Rabitə yüksək texnologiyalar naziri Əli Abbasov İsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə nazir Əli Abbasov uğurla dinamik inkişaf edən Azərbaycan-İsrail əlaqələrinin bir çox sahələri, o cümlədən rabitə yüksək texnologiyalar sahəsini əhatə etdiyini vurğulayaraq, ölkəmizdə bu istiqamətdə həyata keçirilən islahatlar layihələrdən söz açıb. İsrail şirkətlərinin Azərbaycan bazarında fəal iştirakına da toxunan nazir münasibətlərin hərtərəfli inkişafında yeni əməkdaşlıq istiqamətlərinin vacib rolunu qeyd edib, sahə üzrə gələcək perspektiv planlardan danışıb. Əli Abbasov yeni səfirin diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrinin inkişafına, o cümlədən informasiya-kommunikasiya texnologiyaları (İKT) yüksək texnologiyalar sahəsində Azərbaycan ilə İsrail arasında münasibətlərin daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə əminliyini bildirib.

Azərbaycanda İKT yüksək texnologiyalar sahəsinin inkişaf səviyyəsini yüksək dəyərləndirən səfir Dan Stav İsrail şirkətlərinin yerli bazarda iştirakının artırılmasına, o cümlədən investisiya qoyuluşunun həyata keçirilməsinə göstərdikləri maraqdan söz açıb. Qarşılıqlı rəsmi səfərlərin keçirilən görüşlərin əməkdaşlığın inkişafına yeni təkan verdiyini qeyd edən diplomat bu baxımdan "BakuTel" Beynəlxalq sərgi-konfransının əsaslı rol oynadığını bildirib.

Səfir "BakuTel-2015"də İsrail şirkətlərinin "İsrail Milli Pavilyonu" adı altında təmsil olunması, eyni zamanda sərgi çərçivəsində keçiriləcək "Azərbaycan- İsrail Yüksək Texnologiyalar Forumu"nun uğurlu təşkili üçün lazımi dəstəyin göstərilməsində səylərini artıracağını deyib.

Görüşdə rabitə yüksək texnologiyalar sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri haqda fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 2 oktyabr.- S. 5.