Rusiyanın Sankt-Peterburq şəhərinin
qubernatoru ulu öndər Heydər Əliyevin məzarını
və Şəhidlər
xiyabanını ziyarət
edib
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin qubernatoru Georgi Poltavçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 1-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Azərbaycan.- 2015.- 2 oktyabr.- S. 6.