Almaniya Federativ Respublikasının
Prezidenti Zati-aliləri
cənab Yoaxim Qauka
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Almaniya münasibətlərinin konstruktiv məcrada inkişafı, əməkdaşlığımızın səmərəli şəkildə davam etdirilməsi işinə bundan sonra da töhfələr verəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Almaniya xalqına daim sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 30 sentyabr 2015-ci il.
Azərbaycan.- 2015.- 3 oktyabr.- S. 1.