Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
297 Bakı şəhəri,
9 sentyabr 2015-ci il
“Daşınmaz əmlakın
dövlət reyestrindən
çıxarışının forması və tərtibi Qaydası”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il
6 noyabr tarixli 174 nömrəli qərarının
ləğv edilməsi
barədə
“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının forması və tərtibi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 174 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 962; 2005, № 12, maddə 1236; 2006, № 8, maddə 731; 2009,
№ 10, maddə 846; 2012, № 10, maddə 1032) ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 3 oktyabr.- S. 2.