Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

 

Oktyabrın 2-də Baş nazirin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dünya Bankının sosial inkişaf üzrə sektor müdiri xanım Nina Bhattın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əlaqələrin son illər yeni mərhələyə qədəm qoyduğunu, həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində uğurla şəffaf şəkildə davam etdirildiyini diqqətə çatdıran Əli Həsənov bildirib ki, bunlar arasında istər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr mühüm önəm kəsb edir. O qeyd edib ki, bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb. Ölkəmizin son illərdə artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradıb. Ancaq bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış 1 milyon 200 mindən çox qaçqın məcburi köçkün üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməlidir.

Görüşdə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit sazişinə əsasən həyata keçirilənMəcburi köçkünlərin həyat şəraiti gəlir imkanlarının dəstəklənməsilayihəsinin müzakirəsi zamanı həmin layihə çərçivəsində indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib.

Bütün bunları müsbət hal kimi dəyərləndirən Baş nazirin müavini Əli Həsənov, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti Dünya Bankı ilə əməkdaşlıq etməkdə, onun təcrübəsindən bundan sonra da yararlanmaqda maraqlıdır. Bu gün qaçqın məcburi köçkün probleminin həllində Azərbaycanın təcrübəsindən dünyanın oxşar problemləri ilə üzləşən ölkələrində istifadə olunur ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da qurumun yüksək tribunasından dəfələrlə bəyan edib. Bütün bunları qarşılıqlı əməkdaşlığın nəticəsi kimi qiymətləndirən Əli Həsənov həyata keçiriləcək layihələrin icrasını sürətləndirməyin, keyfiyyətini yüksəltməyin, layihələrin istiqamətini prioritet sahələrə yönəltməyin vacibliyini vurğulayıb.

Söhbət zamanı Baş nazirin müavini Əli Həsənov qonaqlara Azərbaycan reallıqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizdəki qaçqın məcburi köçkünlərin vəziyyəti haqqında geniş məlumat verib.

Münaqişənin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir təzyiq imkanlarından istifadə etməməsindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə 1 milyon 200 min soydaşımızın əziyyət çəkdiyini vurğulayıb, son günlər Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi qərəzli qətnaməyə Ermənistan prezidenti Serj Sarkisyanın BMT-nin Baş Assambleyasındakı sərsəm çıxışına kəskin etirazını bildirib.

Dünya Bankı ilə əməkdaşlığa bu cür önəm verdiyinə, səmimi qəbula hərtərəfli məlumata görə minnətdarlığını ifadə edən xanım Nina Bhatt Azərbaycan dövlətinin qaçqın məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı, qeyd edib ki, onun təmsil etdiyi qurum da Azərbaycan Hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır. Bu istiqamətdə nəzərdə tutulan layihələrin vaxtında keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini bildirən qonaq məcburi köçkünlərlə işləməyin daha çox insanlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 3 oktyabr.- S. 3.