Azərbaycan nümayəndə heyətiUralskiye lokomotivızavodunda olub

 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan hökumət nümayəndə heyəti Yekaterinburqda keçirilmiş VI Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsindəUralskiye lokomotivızavodunda olub.

Müəssisənin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, “Sinaraqrupunun baş direktoru Mixail Xodorovski Uralskiye lokomotivızavodunun baş direktoru Aleksandr Saltayev müəssisənin məhsullarını son tədqiqatların nəticələrini qonaqlara təqdim ediblər.

Nümayəndə heyəti müəssisənin istehsal kompleksində olub. 500 vahiddən çox ən müasir avadanlığın cəmləşdiyi bu kompleksdə arabacıqların yığma-qaynaq sahəsi Azərbaycan nümayəndələrinin böyük marağına səbəb olub. Burada qonaqlara 12 sərbəstlik dərəcəsinə malik olan ən müasir robotlaşdırılmış komplekslərin işini nümayiş etdiriblər. Rusiyada istehsal edilən sistemlər dəstləşdirmə məlumatları əsasında yığılmış ES2Q seriyasındanLastoçkasürətli elektrik qatarı üçün nəzərdə tutulan, Rusiyada ilk dəfə yaradılmış arabacıq da böyük diqqətə səbəb olub. Sonra nümayəndə heyətinin üzvləriLastoçkaqatarında müəssisənin ərazisinə kiçik bir səfər edib, sürətli qatarlar istehsalının tam dövrəsi ilə tanış olublar.

Aleksandr SaltayevUralskiye lokomotivımüəssisəsinin imkanlarından söhbət açaraq vurğulayıb ki, zavodda həm daxili, həm xarici bazarlar, o cümlədən Azərbaycan Respublikasının ehtiyacları üçün yük elektrovozları sərnişin qatarları istehsalının təşkil edilməsi üçün zəruri istehsal bazası texnologiyalar vardır.

Azərbaycan nümayəndə heyətinin üzvləri zavodun istehsal kompleksi ilə tanışlığı başa çatdırandan sonra müasir yük qatarları istehsalı sahəsində zavodun uğurlu nəticələrini qeyd ediblər. Azərbaycannın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib: “Bu gün biz ən dəqiq, yüksək texnoloji istehsal sahəsi gördük. Müəssisə istehsal güclərini artırır rəqabət qabiliyyətli, eyni zamanda xarici analoqlardan daha ucuz məhsul buraxır. Ölkələrimiz arasında qarşılıqlı əlaqələr inkişaf etdiyinə görə əməkdaşlığın qarşılıqlı fəaliyyətin yeni imkanları barədə məlumat almaq bizim üçün çox maraqlı oldu”.

Azərbaycan nümayəndə heyətini Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski, Sverdlovsk vilayəti hökumətinin sədri Denis Pasler başqaları müşayiət ediblər.

 

Azərbaycan.- 2015.- 3 oktyabr.- S. 4.