Elmar Məmmədyarov: Azərbaycan 20 ildən çoxdur ki, Ermənistanın işğalçılıq əməllərinə görə effektiv tədbirlərin görülməsini gözləyir

 

Oktyabrın 1-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 70 illik yubileyi münasibətiləBeynəlxalq sülhün təhlükəsizliyin qorunub saxlanılmasımövzusunda qurumun Baş Assambleyasının yüksək səviyyəli tematik debatı keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən nazir Elmar Məmmədyarov BMT Nizamnaməsinin məqsəd prinsiplərinin həyata keçirilməsində əhəmiyyətli nailiyyətlər əldə olunmasından danışıb.

Nazir bildirib ki, BMT-nin təsis edilməsindən indiyədək beynəlxalq təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib. Təhdidlər daha mürəkkəb qarşılıqlı şəkildə əlaqəli, ənənəvi yaranmaqda olan problemlər arasında xətt isə qeyri-müəyyən olub. Beynəlxalq münasibətlərdəki qüvvələr balansı da dəyişib. Müşahidə etdiyimiz digər hal isə odur ki, dövlətlərarası münasibətləri tənzimləyən BMT Nizamnaməsinin prinsipləri çox zaman yanlış təfsir edilir ya qeyd-şərtlərlə həyata keçirilir. Onlardan bəziləri isə, o cümlədən öz müqəddəratını müəyyən etmək prinsipi təhdid ya güc tətbiqi, ərazi ələ keçirilməsi əhalinin zorla yerdəyişməsi kimi qeyri-qanuni əməllərin gizlədilməsi üçün istifadə olunur. Bu prinsiplərin tətbiqi zamanı mövcud ikili standartlar qeyri-stabilliyə, münaqişənin həlli prosesində çıxılmaz vəziyyətə gətirib çıxarır.

Bütün dünyada təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi xüsusilə son iki onillikdə insan itkilərinin artmasına səbəb olub. BMT-nin sülhməramlı fəaliyyətinin əhəmiyyətli şəkildə intensivləşməsi təşkilatın bununla bağlı böyük resurslar sərf etməsinin bariz nümunəsidir. Buna görə münaqişələrin qarşısının alınması, vasitəçilik sülh quruculuğu sahələrində BMT-nin daha aktiv səylər göstərməsinə ehtiyac var.

Biz BMT-nin əsas funksiyaları arasında uzlaşmanın balansın təmin edilməsini qurumun nizamnaməsinin məqsəd prinsiplərinin həyata keçirilməsi üçün əsas ilkin şərt hesab edirik. Beynəlxalq münasibətlərdə dövlətlər davamlı inkişaf əməkdaşlığın, insan hüquqlarına hörmətin təşviq edilməsinə şəraitin yaradılması üçün beynəlxalq sülhün təhlükəsizliyin qorunub saxlanılmasına səy göstərməlidir. İnsan hüquqlarının pozulması hallarının böyük əksəriyyəti bilavasitə ya bilavasitə silahlı münaqişələr dövlətlər arasındakı münasibətləri tənzimləyən norma prinsiplərin kobud şəkildə pozulması ilə bağlıdır. Buna görə , BMT-nin beynəlxalq təhlükəsizliyə inkişaf gündəliyində məsələlərində olduğu kimi eyni enerji inadkarlıqla yanaşması məqsədəuyğun olardı. Biz dövlətlərin suverenliyi ərazi bütövlüyünə qarşı təcavüzün, terrorizm, şiddətli ekstremizm sülhə qarşı digər təhdidlərin qarşısının alınması aradan qaldırılması üzrə kollektiv tədbirlərin təkmilləşdirilməsi üçün təhlükəsizlik hədəflərinin müəyyən olunması ideyasını nəzərdən keçirə bilərik.

Elmar Məmmədyarov deyib: “Mən bu baxımdan, xüsusilə Ermənistan Azərbaycan arasında davam etməkdə olan münaqişəni göstərmək istərdim. Ermənistanın destruktiv siyasəti BMT Nizamnaməsinin məqsəd prinsiplərinə bütövlükdə təşkilatın özünə ciddi çağırış təşkil edir. Ermənistanın digər üzv dövlətin suverenliyi ərazi bütövlüyünə qarşı güc işlətməsi onun ərazilərini işğal etməsi, mülki Azərbaycan vətəndaşlarına qarşı törətdiyi kütləvi vəhşiliklərə görə cəzasız qalması, işğalın hazırkı status-kvosunu möhkəmləndirməyə cəhd göstərməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymaması münaqişənin beynəlxalq hüquqa əsasən sülh yolu ilə həllinə mane olur. Azərbaycan 20 ildən artıqdır ki, Ermənistan tərəfindən sülhün kobud şəkildə pozulması işğalçılıq əməllərinə görə effektiv beynəlxalq tədbirlərin görülməsini gözləyir”.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 3 oktyabr.- S. 7.