Azərbaycan bütün səviyyələrdə mədəniyyətlərarası dinlərarası dialoqun təşviqinə böyük önəm verir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun illik iclasında çıxış edib.

Nazir deyib ki, dinə ya etiqada əsaslanan dözümsüzlüyün, ayrı-seçkiliyin şiddətin artmaqda olduğu müasir dünyada mədəniyyətlərarası ya dinlərarası dialoq dözümlülüyün, davamlı sülhün, stabilliyin inkişafın təşviq edilməsinin ən əhəmiyyətli vasitələrindən birinə çevrilib. BMT-nin Sivilizasiyalar Alyansı ölkələr, mədəniyyətlər sivilizasiyalar boyunca dözümlülüyün, sülhün qarşılıqlı anlaşmanın təşviqi üçün qlobal dialoq əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır.

E.Məmmədyarov deyib: “Azərbaycan bütün səviyyələrdə mədəniyyətlərarası dinlərarası dialoqun təşviqinə böyük önəm verir bu məqsədlə BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini tam dəstəkləyir.

Şərqlə Qərbin kəsişməsində yerləşən bununla da hər iki sivilizasiyanın dəyərlərini qoruyub saxlayan Azərbaycan sivilizasiyalar arasında yalnız coğrafi körpü rolunu deyil, həmçinin mədəniyyətlərarası körpü rolunu da oynayır. Biz ölkəmizin mədəni müxtəlifliyini ona dinlərarası mədəniyyətlərarası dialoqu anlaşmanı təşviq etməyə töhfə verən, etnik dini müxtəlifliyi dəstəkləməyə icmalar arasındakı əlaqələri inkişaf etdirməyə geniş imkan verən güc üstünlük hesab edirik.

Sivilizasiyalar Alyansının Dostları Qrupuna qoşulmasından sonra keçən dövr ərzində Azərbaycan mədəniyyətlərarası dinlərarası dialoqu təşviq etmək məqsədilə region digər ölkələrdən olan siyasi, mədəni dini liderləri bir araya gətirərək çoxsaylı yüksək səviyyəli əməli fəaliyyətə yönəlmiş tədbirlərə ev sahibliyi edib. Biz 2016-cı ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsini planlaşdırır bu tədbirin real nəticələr verəcəyinə ümid edirik. Habelə, Azərbaycan bütün dünyada mədəni müxtəliflik ideyalarının yayılması məqsədilə əhəmiyyətli təşəbbüslər irəli sürüb. Biz 2011-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı ISESCO ilə tərəfdaşlıq çərçivəsindəBakı prosesikimi tanınan üçMədəniyyətlərarası Dialoq üzrə Dünya Forumutəşkil etmişik”.

Nazir bu iclasın stereotiplərin anlaşılmazlığın öhdəsindən gəlməyə yönəlmiş səylərə əhəmiyyətli töhfə verəcəyindən, fərqli mədəniyyətlərin dinlərin nümayəndələri arasında ədavəti azaltmaqla dialoqu, anlaşmanı qarşılıqlı hörməti təşviq edəcəyindən əminliyini bildirib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 3 oktyabr.- S. 7.