Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 294
№
294 Bakı şəhəri,
7 sentyabr 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 11 sentyabr
tarixli 304 nömrəli
qərarı ilə təsdiq edilmiş “Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin
siyahısı və onların tətbiqi halları”nda dəyişikliklər
edilməsi haqqında
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 304 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, №9, maddə 1128) ilə təsdiq edilmiş “Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci hissəsinə “əsaslandırılmış” sözündən əvvəl “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən” sözləri əlavə edilsin.
2. 2-ci hissəsindən sonra aşağıdakı məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd. “Tikintiyə icazədə nəzərdə tutulan əlavə şərtlərin siyahısı və onların tətbiqi halları”nda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 4 oktyabr.- S. 1.