Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 298                                    Bakı şəhəri, 11 sentyabr 2015-ci il

 

Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında

 

Avtomobil yolları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri aşağıdakı kimi təsdiq edilsin:

1.1. respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində;

1.2. yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində.

2. “Azərbaycan Respublikasının avtomobil yollarında təhkim qorunma (mühafizə) zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 fevral tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, №2, maddə 122; 2006, №1, maddə 59; 2009, №10, maddə 846; 2014, №6, maddə 731) Azərbaycan SSR ərazisində avtomobil yollarından yol qurğularından istifadə olunması, onların qorunması qaydalarını təsdiq etmək haqqındaAzərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 17 noyabr tarixli 461 nömrəli qərarının 1-ci hissəsi  ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 4 oktyabr.- S. 1.