Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 302                                    Bakı şəhəri, 15 sentyabr 2015-ci il

 

Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1300-IVQ nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyun tarixli 1272 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555; 2005, № 11, maddə 1065; 2006, № 12, maddə 1161; 2007, № 7, maddələr 737, 738; 2008, № 1, maddə 36, № 2, maddə 104, № 6, maddələr 582, 584, 586, № 7, maddələr 680, 681, 682; 2009, № 7, maddə 609, № 10, maddə 848; 2010, № 6, maddə 566, № 7, maddə 704, № 8, maddə 760; 2012, № 3, maddə 264, № 6, maddə 636; 2013, № 3, maddə 338, № 4, maddə 440, № 6, maddə 727, № 10, maddələr 1201, 1213; 2014, № 1, maddə 57, № 5, maddə 586, № 7, maddə 911; 2015, № 4, maddələr 460, 480; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 iyul tarixli 256 nömrəli qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli daşınmaz tarix mədəniyyət abidələrinin siyahısı”nınArxeoloji abidələrbölməsininAğdam rayonuhissəsininYerləşdiyi ünvansütununun 655-ci bəndindəBaharlısözüGül Baharlısözləri ilə əvəz edilsin.

2. Həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Yerli əhəmiyyətli daşınmaz tarix mədəniyyət abidələrinin siyahısı”nınGədəbəy rayonuhissəsininYerləşdiyi ünvansütununun 4251-ci bəndindəYenikəndsözüQızılqayasözü ilə, “Quba rayonuhissəsininYerləşdiyi ünvansütununun 4659-cu bəndindəDigahsözüYuxarı Digahsözləri ilə, “Tərtər rayonuhissəsininYerləşdiyi ünvansütununun 5174-cü bəndindəQaradağlısözüYuxarı Qaradağlısözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 4 oktyabr.- S. 2.