Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
303
Bakı şəhəri,
15 sentyabr 2015-ci il
“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək
üçün əlverişli
olmayan iş yerlərində çalışan
işçilərin əməkhaqqının
yüksək məbləğdə
ödənilməsini təmin
edən artımların
(əmsalların) məbləğinin
minimum miqdarının müəyyən
edilməsi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
“Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1300-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyun tarixli 1272 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 548; 2003, № 4, maddə 225, № 7, maddə 392, № 10, maddə 616; 2004, № 5, maddə 379; 2005, № 9, maddə 853; 2007, № 2, maddə 191; 2008, № 2, maddələr 104, 112, № 6, maddə 584, № 8, maddə 788; 2010, № 4, maddə 361, № 6, maddə 566; 2012, № 3, maddə 265; 2013, № 6, maddə 728, № 8, maddə 1035; 2014, № 6, maddə 728; 2015, № 4, maddə 461) 1 nömrəli əlavə - “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Gədəbəy rayonu” bölməsində “Qurudərə k.” sətri “Gülallı k.” sətri ilə, “Yenikənd k.” sətri “Qızılqaya k.” sətri ilə, “Qasımağalı k.” sətri “Çaykənd k.” sətri ilə, “Arabaçı k.” sətri “Çiçəkli k.” sətri ilə, “Kəlbəcər rayonu” bölməsində “Qaragüney k.” sətri “Tağılar k.” sətri ilə, “Alçalı k.” sətri “Günəşqaya k.” sətri ilə, “Alçalı k.” sətri “Ağbulaq k.” sətri ilə, “Tirkəşəvənd k.” sətri “Alıbəyli k.” sətri ilə və “Laçın rayonu” bölməsində “Ağbulaq k.” sətri “Sarıbaba k.” sətri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 4 sentyabr.- S. 2.