Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 304

04 Oktyabr 2015

 

№ 304                                    Bakı şəhəri, 15 sentyabr 2015-ci il

 

Dövlət tərəfindən mühafizə edilməli olan mədəniyyət arxeologiya abidələri siyahılarının təsdiq edilməsi haqqındaAzərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədəAzərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1300-IVQ nömrəli Qanununun tətbiqi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyun tarixli 1272 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan SSR-nin dövlət mühafizəsində olan arxeoloji abidələrinin siyahısı”nınQuba rayonubölməsinin 144-cü 145-ci bəndlərindəDigahsözüYuxarı Digahsözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.- 2015.- 4 oktyabr.- S. 2.