Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
№
305 Bakı şəhəri,
16 sentyabr 2015-ci il
“Azərbaycan Respublikasının
şəhər (rayon) mərkəzləşdirilmiş
kitabxana sistemlərinin,
müstəqil kitabxanaların,
şəhər, qəsəbə
və kənd kitabxana filiallarının,
habelə şəhər, qəsəbə
kütləvi, uşaq
və gənclər kitabxanalarının nümunəvi
strukturu və ştat vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli 162 nömrəli qərarında
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli 162 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 10, maddə 968; 2012, № 11, maddə 1213; 2013, № 12, maddə 1634)adında, 1-ci hissəsində və həmin qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri”nin adında “uşaq və gənclər kitabxanalarının” sözləri “uşaq, gənclər kitabxanalarının və kitabxana-klubların” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 4 oktyabr.- S. 2.