Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
№
306 Bakı şəhəri,
16 sentyabr 2015-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda
dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 749; 2015, № 3, maddələr 333, 338, № 4, maddə 455; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 iyun tarixli 229 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Bütün hallarda “Mərkəzi Kitabxana Sistemi” sözləri “Mərkəzləşdirilmiş Kitabxana Sistemi” sözləri ilə əvəz edilsin.
2. 4.5.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“4.5.11. Novruz yaşayış massivi Nizami Gəncəvi adına Kitabxana-Klub”.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan.- 2015.- 4 oktyabr.- S. 2.