Kosmik sənaye sahəsində Azərbaycan-Fransa əməkdaşlığı müzakirə edilib

 

Rabitə yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Fransanın ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri Paskal Mönye ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən rabitə yüksək texnologiyalar sahəsində inamla irəlilədiyini qeyd edən nazir Əli Abbasov qarşılıqlı fəaliyyətin genişləndirilməsi daha da möhkəmləndirilməsi üçün əsaslı zəmin yarandığını vurğulayıb. Xüsusən kosmik sahədə əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu qeyd edən nazir Fransanın bu sahədə diqqətçəkən nailiyyətlər qazandığını, Azərbaycanın da bu zəngin təcrübədən yararlandığını bildirib.

Əli Abbasov Azərbaycan Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində ölkəmizin ilk süni peykinin fransız Kuru kosmodromundan geostasionar orbitə buraxıldığını, həmçinin yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olanAzersky”nın orbitə buraxılmasında fransız şirkətlərinin yaxından iştirak etdiyini xatırladıb, bu əməkdaşlığın növbəti kosmik layihələrdə mümkün ola biləcəyini qeyd edib.

Azərbaycan ilə Fransa arasında qurulan əməkdaşlıqdan söz açan səfir Paskal Mönye münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən kosmik sənaye sahəsində uğurla inkişaf etdiyini, fransız şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəallığının artdığını qeyd edib. Azərbaycanın ilk növbəti peykinin orbitə buraxılmasında Fransa şirkətlərinin iştirakından məmnunluq ifadə edən diplomat uğurlu əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı marağın olduğunu qeyd edərək, kosmik sənaye sahəsində əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.

Daha sonra nazir Əli Abbasov diplomatik fəaliyyəti dövründə münasibətlərin inkişafında göstərdiyi səylərə görə Paskal Mönyeyə təşəkkür edərək, səfirə yeni işlərində uğurlar arzulayıb.

Münasibətlərin bundan sonra da yüksək dinamika ilə inkişaf edəcəyinə əminliyini bildirən diplomat ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

 

Azərbaycan.- 2015.- 4 oktyabr.- S. 3.