Azərbaycan pavilyonu “Milan Expo 2015” ümumdünya sərgisində mükafat qazanıb

 

Azərbaycanın “Milan Expo 2015” ümumdünya sərgisindəki milli pavilyonu İtaliyanın Ətraf Mühit Dəniz Ehtiyatlarının Mühafizəsi NazirliyininDavamlı Ekspoya doğru” (“Towards a Sustainable Expo”) proqramı çərçivəsindəDizayn materiallarnominasiyası üzrə mükafatla təltif olunub.

AZƏRTAC xəbər verir ki, “Milan Expo”da keçirilən təltifetmə mərasimində İtaliyanın ətraf mühit dəniz ehtiyatlarının mühafizəsi naziri Can Luka Qalletti, İtaliya hökumətinin “Milan Expo”dakı baş komissarı Cuzeppi Sala iştirak edib.

Azərbaycan pavilyonunun tərtibatında günəş şüalarını azaldan şüşə, metal taxta sistemlərinin innovativ qaydada işlənilməsinin ekoloji baxımdan əhəmiyyəti vurğulanıb dizayn elementlərinin seçildiyi qeyd olunub.

Xatırladaq ki, “Milan Expo 2015” ümumdünya sərgisi may ayının 1-dən fəaliyyət göstərir. Oktyabrın 31-dək davam edəcək sərgidə Azərbaycan milli pavilyonla təmsil olunur.

Heydər Əliyev Fondu Heydər Əliyev Mərkəzinin dəstəyi ilə inşa olunan “Milan Expo 2015”in mövzusuna uyğun dizayn edilən milli pavilyonAzərbaycan: Biomüxtəlifliyin xəzinəsiadlanır. 1800 kvadratmetr ərazidə təşkil olunan dördmərtəbəli milli pavilyonda Azərbaycanın tarixi mədəni irsi, zəngin ekoloji, enerji potensialı unikal biomüxtəlifliyi təqdim olunur.

Milli pavilyon öz dizayn məzmun kontentinin təqdimatına görə ümumdünya sərgisində iştirak edən ölkələr, eləcə sərginin milyonlarla izləyicisi arasında favoritlər sırasındadır. Bu günədək milli pavilyonumuzun 2 milyondan çox ziyarətçisi olub. Azərbaycan pavilyonunun əsas özəlliyi həm 3 biosferdə tərtib olunmasıdır. Bu biosferlərin hər birində müxtəlif mövzular təqdim edilir. Üç biosferin pavilyonun dizaynına daxil edilməsi həm planetimizin kövrəkliyinə, onun qorunmasına diqqəti çəkir.

Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq” (Feeding the Planet, Energy for Life) devizi altında keçirilən sərgidə 145 ölkə iştirak edir. Bunlardan 54-ü milli pavilyonla, digərləri klasterlərlə (ekspozisiyalar) təmsil olunur.

Sərgi başa çatdıqdan sonra Azərbaycanın milli pavilyonu Bakıya gətirilərək müəyyən olunmuş ünvanda izləyicilərin istifadəsinə veriləcək.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 4 oktyabr.- S. 8.