A.S.Şükürovun Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə səlahiyyətli səfiri təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə səlahiyyətli səfiri təyin edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri,  5 oktyabr  2015-ci il

 

Azərbaycan.- 2015.- 6 oktyabr.- S. 3.